Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” çərçivəsində UNEC İnnovativ Gənclər Təşkilatının İnnovasiya Şurasının qərarı ilə Süni İntellekt Mərkəzi fəaliyyətə başlayacaq.
Yeni yaradılan mərkəz, gənclərin süni intellekt sahəsindəki bilik və bacarıqlarını inkişaf etdirmək, bu istiqamətdə layihələrin hazırlanması və həyata keçirilməsinə şərait yaratmaq, eləcə də onları qlobal texnoloji tendensiyalarla ayaqlaşdırmaq məqsədi daşıyır.
Mərkəzdə təşkil olunacaq seminarlar, təlimlər, layihə müsabiqələri və praktiki proqramlar vasitəsilə tələbələrin texnoloji potensialının artırılmasına dəstək göstəriləcək.
Bu təşəbbüs UNEC-də innovasiya mədəniyyətinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.