Biz kimik
UNEC İnnovativ Gənclər Təşkilatı İsmayılzadə Samir-in təşəbbüsü və UNEC-in Elmi Şurasının 10 sentyabr 2024-cü il tarixli qərarı ilə yaradılıb. Təşkilatın yaradılmasında əsas məqsəd, tələbələrin yaradıcılıq və innovasiya bacarıqlarını inkişaf etdirmək, onların intellektual və şəxsi inkişaflarına dəstək olmaqdır
Təşkilat, tələbələrə öz ideyalarını reallaşdırmaq, startup layihələrində iştirak etmək, müxtəlif texnologiya, dizayn və sahibkarlıq sahələrində özlərini ifadə etmək üçün imkanlar yaradır.
Eyni zamanda, təşkilatın əsas məqsədlərindən biri tələbələr arasında innovativ düşüncə tərzini yaymaq, onları təhsil, elm və texnologiya sahələrində yeni nailiyyətlərə sövq etmək və gəncləri gələcəyin liderləri kimi yetişdirməkdir.
Missiyamız
Tələbələrin yaradıcı potensialını üzə çıxarmaq, onlara öyrənmək, yaratmaq və paylaşmaq üçün açıq məkan təqdim etmək.
Vizyonumuz
Universitetdə innovasiya mədəniyyətinin aparıcı gənclər platforması olmaq.
Dəyərlərimiz
Yaradıcılıq
Hər ideyaya bizim üçün dəyərlidir, yeni yanaşmalardan qorxmuruq.
Komanda ruhu
Böyük işləri birlikdə, bir-birimizə dəstək olaraq həyata keçiririk.
Məsuliyyət
Həyata keçirdiyimiz işin keyfiyyətinə cavabdehik.
Açıqlıq
Hər tələbə üçün açığıq, fikir və təkliflərə hər zaman hazırıq.
Komandamıza qoşul!
Komandamıza qoşul: tədbirlər təşkil et, yeni insanlarla tanış ol, liderlik və komanda işi təcrübəsi qazan.