Məzmuna keç İdarə Heyətinə qeydiyyat başladı! Komandamızın bir parçası ol. Müraciət et

Layihə

UNECfest

Tələbələr üçün yay festivalı

UNECfest

UNEC-də tələbələrin yay tətilini daha səmərəli və maraqlı keçirmələri məqsədilə UNEC İGT tərəfindən tələbə və abituriyentlər üçün “UNECfest” təşkil olunur.

Gün ərzində iştirakçılar əyləncə, yaradıcılıq və komanda ruhunu təşviq edən müxtəlif fəaliyyətlərə qoşulmaq imkanı əldə edirlər.

Festival proqramı çərçivəsində iştirakçılar üçün müxtəlif komanda oyunları, e-Sports turniri, gil qabların boyanması, LEGO fəaliyyəti, face art, qolbaq hazırlanması və digər interaktiv master-klasslar təşkil olunur. Festival boyunca iştirakçılara ödənişsiz sərinləşdirici içkilər təqdim edilir.

Festivalın əsas məqsədi tələbələrin yay tətilini daha səmərəli təşkil etmək, onların sosial fəallığını artırmaq, yaradıcılıq potensialını inkişaf etdirmək, komanda işini təşviq etmək və yeni dostluq münasibətlərinin formalaşmasına şərait yaratmaqdır.

Paylaş:
Layihəyə qoşul