28 may 2026
Əsasnamədə dəyişiklik edilməsi barədə
UNEC İnnovativ Gənclər Təşkilatının fəaliyyətinin daha effektiv təşkili, idarəetmədə institusional davamlılığın gücləndirilməsi və təşkilat daxilində idarəçilik təcrübəsinin artırılması məqsədilə təşkilatın Əsasnaməsində dəyişiklik edilib.
UNEC İnnovativ Gənclər Təşkilatının İdarə Heyətinin qərarı ilə təşkilatın seçki qaydalarına dəyişiklik təklifi irəli sürülüb. Yeni təklifə əsasən, təşkilatın sədrliyinə namizəd olmaq istəyən şəxslər minimum 3 ay müddətində təşkilatın İdarə Heyətinin üzvü olmalıdırlar.
Dəyişikliyin əsas məqsədi təşkilata rəhbərlik edəcək şəxslərin təşkilatın daxili fəaliyyəti, layihə idarəçiliyi, komanda koordinasiyası və strateji qərarvermə prosesləri ilə yaxından tanış olmalarını təmin etməkdir. Eyni zamanda bu yenilik, idarəetmədə təcrübə prinsipini gücləndirməyə xidmət edir.
Qeyd edək ki, sözügedən dəyişiklik UNEC-in Elmi Şurasının 19 may tarixli qərarı ilə təsdiqlənib və qüvvəyə minib.
UNEC İnnovativ Gənclər Təşkilatı bundan sonra da tələbələrin innovasiya, liderlik və təşkilati idarəetmə sahələrində inkişafını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirəcək.