31 oktyabr 2026
UNEC-də “Halloween Day” tədbiri keçirilib
UNEC İnnovativ Gənclər Təşkilatının təşkilatçılığı ilə Halloween tədbiri keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnnovativ Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr üçün “UNEC Halloween Day” tədbiri keçirilib.
Tələbələrin sosial həyatını daha da rəngarəng etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə şərait yaratmaq məqsədilə təşkil olunan tədbir böyük maraqla qarşılanıb.
UNEC-in III tədris binasında keçirilən tədbirdə tələbələr müxtəlif Halloween obrazlarında iştirak edərək bayram ab-havası yaradıblar. Tematik dekorasiyalar, musiqi və əyləncəli fəaliyyətlər tədbirə xüsusi rəng qatıb.
Tədbir çərçivəsində ən yaxşı Halloween geyimi müsabiqəsi də təşkil olunub. İştirakçılar kreativ və fərqli obrazlarını nümayiş etdirərək bir-biri ilə yarışıblar.
“UNEC Halloween Day” tələbələrə dərsdənkənar vaxtlarını səmərəli keçirmək, yeni dostluqlar qurmaq və universitet həyatının əyləncəli tərəflərini yaşamaq imkanı yaradıb.
UNEC İnnovativ Gənclər Təşkilatı bundan sonra da tələbələrin sosial və mədəni həyatının zənginləşdirilməsi istiqamətində müxtəlif layihə və tədbirlərin təşkilini davam etdirəcək.