01 noyabr 2026
UNEC İnnovativ Gənclər Təşkilatı Gənclərin Sosial Media Formunda
UNEC İnnovativ Gənclər Təşkilatının (İGT) komandası Gənclərin Sosial Media Forumunda (GSMF) iştirak edib.
Forum gənclərin sosial media sahəsində bilik və bacarıqlarının inkişafı, rəqəmsal mühitdə yeni yanaşmaların müzakirəsi, eləcə də təcrübə və fikir mübadiləsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
Təşkilatımızın nümayəndələri forum çərçivəsində digər iştirakçılarla bir araya gələrək yeni tanışlıqlar qurmaq, fərqli təcrübələr qazanmaq və sosial media sahəsində aktual məsələlərlə yaxından tanış olmaq imkanı əldə ediblər.
UNEC İnnovativ Gənclər Təşkilatı olaraq gənclərin inkişafına, innovativ təşəbbüslərin dəstəklənməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına yönəlmiş platformalarda iştirakımızı davam etdiririk.
İnnovasiya bizdən başlayır!